Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb
Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb
Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Azərbaycan Özbəkistanda keçirilən kulinariya festivalında mükafata layiq görülüb

Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda “Mənim sevimli özbək mətbəxim” adlı festival keçirilib. Festivalda Rusiya, İndoneziya, Çin, Azərbaycan, Qazaxıstan, ABŞ və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əvvəlcə tədbirin rəsmi açılışı olub, bir sıra ənənəvi özbək mahnıları ifa olunub. Rəsmi açılışda çıxış edən Özbəkistan Xarici işlər nazirinin müavini Abduraxim Xocayev tədbirin Özbəkistanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini və əsas məqsədin ölkənin milli mətbəxinin təbliğ edilməsi olduğunu qeyd edib.

Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb. Guşədə milli mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən “Azərbaycanın mədəni irsi” kitabı təqdim olunub və iştirakçılara paylanılıb.

İştirakçılar Azərbaycan milli mətbəximizə aid dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə özbək milli mətbəxinə aid “Gülxanım” yeməyi hazırlanıb.

Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı səfiri Hüseyin Quliyevə təqdim edilib.

Festivalda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…