Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / Kriminal / Azərbaycanda daha bir ailə faciəsi
fft99_mf2095486

Azərbaycanda daha bir ailə faciəsi

“Fraqment.az” APA-ya istinadən xəbər verir ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib.

Hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub. Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanı əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Onuda da əlavə edək ki, onların 5 övladı var.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

 

Haqqında Türkan Lətifli

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…