Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Dünya / BMT: Yəməndə 72 saatlıq atəşkəs elan olundu
BMT: Yəməndə 72 saatlıq atəşkəs elan olundu
BMT: Yəməndə 72 saatlıq atəşkəs elan olundu

BMT: Yəməndə 72 saatlıq atəşkəs elan olundu

Birləşmiş Millətlər Təşkilatı vətəndaş müharibəsinin davam etdiyi Yəmənin paytaxtı Sanada 140 nəfərin öldürüldüyü hava hücumlarından sonra 72 saat davam edəcək atəşkəsin cümə axşamından başlayacağını bəyan edib.

fraqment.az xəbər verir ki, Yəmən prezidenti – Abdurrabu Mansur Hadi Səudi Ərəbistan koalisiyasına aid hərbi təyyarələrin endirdiyi hava zərbələrindən sonra beynəlxalq səsvermənin atəşkəs çağrılarını qəbul edib.

Yəmənin Xarici İşlər Naziri – Abdul Malek Al Mekhalafi Twitter hesabından qərarı açıqlayarkən üsyançıların atəşkəsə sadiq qalıb-qalmayacaqlarına bağlı olaraq bu vaxtın uzadıla biləcəyini də qeyd edib.

Üsyançılar isə hələ ki, atəşkəslə bağlı bir rəy bildirməyib.

Qeyd edək ki, BMT-nin yaydığı məlumata görə Yəməndə 2014-cü ildən başlayan vətəndaş müharibəsində 3800-dən çox insan öldürülüb və ölkədəki hər beş nəfərdən dördü yardıma möhtacdır.

Kamal Aken

FRAQMENT.AZ

Haqqında admin

Həmçinin Oxu

fraqment.az|Nazirlik ixrac missiyaları təşkil edəcək

fraqment.az|Nazirlik ixrac missiyaları təşkil edəcək

İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstanna ixrac missiyaları təşkil etdiyini elan edir. fraqment.az nazirliyin saytına istinadən məlumat verir …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…