Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən səkkiz fəaliyyət istiqaməti müəyyənləşdirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Səmərəli məktəb yaradaq” fəaliyyət istiqaməti çərçivəsində “Məktəb seminarları”, “75 məktəb”, “Məktəb psixoloqları klubu”, “Məktəbin elektron pasportu”, “Məktəb inspeksiyaları”, “Məktəb idarəetməsinin dəstəklənməsi”, “Məktəbə dəstək” layihələri həyata keçiriləcək. Yeni layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdir.

“Təfəkkürün inkişafı” fəaliyyət istiqaməti üzrə şagirdlərdə məntiqi, yaradıcı və tənqidi düşüncənin formalaşdırılıb inkişaf etdirilməsi məqsədilə “Lütfi Zadə adına II Məntiq Olimpiadası”, “Öz əsərini yarat”, “Məktəblinin təhsil müzakirələri”, oxu və yazı bacarıqlarının, analitik düşüncənin inkişafına yönəlmiş “Mütaliə və yazı bacarıqlarının inkişafı” fəaliyyət istiqaməti üzrə “Oxu marafonu”, “Qlobal yazı”, “Kitabxana dərsləri” layihələri reallaşdırılacaq.

“İKT və müasirlik” fəaliyyət istiqamətinə daxil olan “İnformatika layihə olimpiadası” və “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihələri isə şagirdlərdə İKT üzrə savadlılığın artırılması məqsədini daşıyır.

Şagirdlərdə xarici dillərə marağın oyadılması, xarici dil səviyyəsinin təkmilləşdirilməsi məqsədlərinə xidmət edən “Xarici dillər” fəaliyyət istiqaməti üzrə “İngilis dili olimpiadası” və “Dövlət məktəblərində ingilis dilində danışıq qabiliyyətinin inkişaf etdirilməsi” layihələrinin, həmçinin bir sıra digər tədbirlərin reallaşdırılması planlaşdırılıb.

Şagirdlərdə təbiətə sevgi, ətraf mühitin qorunması amalını aşılayan “Ekoloji sərgi” və digər bir sıra layihələri birləşdirən “Ekologiya və Sağlamlıq” fəaliyyət istiqaməti çərçivəsində “Yaşıl Məktəb” ideyasını təbliğ edən müvafiq tədbirlər həyata keçiriləcək.

“Qlobal vətəndaşlıq” fəaliyyət istiqaməti şagirdlərə yerli cəmiyyətdə və qlobal sferada vətəndaşlıq mövqeyi aşılayan silsilə layihələri ehtiva edir.

Qabaqcıl təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması və bu çərçivədə uğur əldə etmək məqsədi ilə “Beynəlxalq əməkdaşlıq” fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamət çərçivəsində “UNESCO Assosiativ Məktəblər” proqramı şəbəkəsinin genişləndirilməsi, “Beynəlxalq məktəb” və şagirdlərin beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyən bir sıra digər layihələrin icrası nəzərdə tutulub.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…