Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / İqtisadiyyat / Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir
Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir
Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir

Bakıda “BakuBuild 2016”, “Aquatherm Baku 2016”, “Securika CIPS 2016” sərgiləri keçirilir

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin açılışı olub.

Fraqment.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgilərin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə inşaat-tikinti sektoru da inkişaf edib. Eyni zamanda bu sahə ilə məşğul olan sahibkarlar üçün də münbit şərait yaradılıb.

Keçirilən beynəlxalq sərginin əhəmiyyətindən bəhs edən nazir müavini bu sərgidə bir çox şirkətlərin əməkdaşlıq imkanlarının yarandığını, tikinti sektorunun inkişafına təkan olduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov sərgiyə yeni qoşulan şirkətləri aktiv olmağa, sərginin verdiyi imkanlardan yararlanmağa çağırıb.

E.Əsədovun sözlərinə görə, statistika göstərir ki bu gün Azərbaycanda istifadə olunan tikinti materialların əksəriyyəti xarici ölkələrdən daxil olur: “Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit, izolyasiya materialları və sairdir. Lakin yerli, ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil”.

“İTE Group” şirkətinin direktoru Edvard Stoun builki sərgidə 26 ölkəni təmsil edən 298 şirkətin iştirak etdiyini söyləyib.

“İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Azərbaycan şirkətləri isə sərgi eksponentlərinin 50 faizini təşkil edir ki, bu da çox sevindirici haldır”, – deyə E.Stoun vurğulayıb.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|Metroda gediş haqqı dəyişəcəkmi?

fraqment.az|Metroda gediş haqqı dəyişəcəkmi?

Azərbaycanda kommunal xərclərin artması fonunda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…