Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / Dövlət İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat olub
Dövlət İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat olub
Dövlət İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat olub

Dövlət İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqdimatı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, təqdimatda DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo tələbələrə Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq və alman dili üzrə yay məktəblərində iştirak etmək üçün yaradılan imkanlar barədə geniş məlumat verib.

UNEC-in doktorant və gənc alimləri ilə də görüşən S.Düfo, onlara Almaniyadakı ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında tədqiqat aparılması barədə danışıb, müsabiqənin şərtlərini açıqlayıb.

S.Düfo bildirib ki, 2016/2017-ci tədris ili üçün magistratura proqramlarına və alman dili üzrə yay məktəblərinə qəbulla bağlı müraciətlər noyabrın 1-dək, tədqiqatçılar üçün isə noyabrın 15-dək davam edəcək.

Qeyd edək ki, DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumatlar https://www.daad.de/miniwebs/icbaku/az/ internet səhifəsində yerləşdirilir. UNEC-in beynəlxalq proqramları və layihələri barədə məlumatları http://unec.edu.az/mubadile-proqramlari-11/ linkindən əldə etmək olar.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…