Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər
FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər
FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər

FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatında yüksək nəticələr əldə ediblər.

FHN-in idman-sağlamlıq klubundan AZƏRTAC-a bildiriblər ki, klubun rəisi, polkovnik Fizuli Musayev respublika çempionatında nəticə göstərmiş idmançılara təbriklərini çatdırıb, onlara qiymətli hədiyyələr təqtim edib.

Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komandanın heyətində 350 idmançı mübarizə aparıb.

Çempionatın yekununda K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar. FHN-in digər əməkdaşı Sevda Verdiyeva 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıbr.

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” və “Dağçılıq” idman klublarının ikinci komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…