Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Dünya / Galaxy Note 7-nin dəyişdirilməsi üzrə məntəqələr açılır
galaxy-note-7-1200x801

Galaxy Note 7-nin dəyişdirilməsi üzrə məntəqələr açılır

Cənubi Koreyanın Samsung Electronics şirkəti batareya qüsuruna görə alovlanan Galaxy Note 7 smartfonlarını dəyişdirmək üçün aeroportlarda xüsusi məntəqələr yaradır.

Şirkət Galaxy Note 7 əvəzinə hansı telefonun veriləcəyini dəqiqləşdirməyib.

İlk dəyişdirmə məntəqələri Cənubi Koreya və San Francisco aeroportunda açılıb. Onların sayının artırılacağını bildirənSamsung əlavə məntəqələrin Avstraliyada açılacağını qeyd edir.

Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin aviasiya şirkətləri Galaxy Note 7 smartfonlarının təyyarədə istifadəsini qadağan edib.

Galaxy Note 7 avqust ayında satılmağa başlayıb.

Bu smartfondakı batareyanın alovlanması və partlaması barədə şikayətlərdən sonra Samsung şirkəti Galaxy Note 7-nin satışlarını dayandırmışdı.

Bir qədər sonra isə Cənubi Koreya nəhəngi bəyan etdi ki, smartfonların istehsalı da dayandırılır.

Haqqında Türkan Lətifli

Həmçinin Oxu

fraqment.az|Nazirlik ixrac missiyaları təşkil edəcək

fraqment.az|Nazirlik ixrac missiyaları təşkil edəcək

İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstanna ixrac missiyaları təşkil etdiyini elan edir. fraqment.az nazirliyin saytına istinadən məlumat verir …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…