Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / Siyasi / Rumıniya ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb
Rumıniya ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb
Rumıniya ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb

Rumıniya ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə “Agerpres” milli xəbər agentliyi dövlət müstəqilliyimizin bərpasının ildönümü münasibətilə “Müstəqilliyin 25 ili: ilkin nəticələr” adlı mətbuat açıqlaması yayıb.

Məlumatda 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyi qeyd olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyon qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır. Qeyd olunur ki, müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri həll edərək dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu vurğulanır. Azərbaycanın iqtisadi inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP enerji layihələri barədə məlumat verilir.

Haqqında Vüsalə Fətullayeva

Həmçinin Oxu

fraqment.az|“Aprel döyüşləri bizim şanlı tariximizdir” - Prezident

fraqment.az|“Aprel döyüşləri bizim şanlı tariximizdir” – Prezident

“Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər” fraqment.az-ın “Azertac”a istinadən xəbərinə görə, bunu prezident İlham …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…