Çərşənbə , Yanvar 18 2017
Əsas / Xəbərlər / Siyasi / fraqment.az|Avropa Şurası Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırıb
Avropa Şurası Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırıb

fraqment.az|Avropa Şurası Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırıb

Dağlıq Qarabağ münaqişənin humanitar aspektləri Avropa Şurasını (AŞ) narahat edir və Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırır.

fraqment.az xəbər verir kiə, bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın bəyanatında deyilir.

T.Yaqland qeyd edib: “Mən bilirəm ki, ötən il dekabrın 29-da atəşkəs rejiminin pozulması insan tələfatı ilə nəticələnib, həmçinin erməni silahlı qüvvələrinin həlak olan azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri təkidlə atəşkəs rejiminə hörmət etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə Həştərxanda yüksək səviyyəli görüşdə əldə olunmuş razılaşmalara uyğun olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin meyitlərin gecikdirilmədən, dərhal qaytarılmasına dair çağırışları tamamilə dəstəkləyirəm”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb./trend.az

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|Kılıçdaroğlu-Baxçalı zirvəsi başa çatdı – FOTOLAR

Türkiyə Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi üzrə müzakirələrin ikinci mərhələsi öncəsi Milliyyətçi Hərəkat Partiyası (MHP) …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…