fraqment.az|Avropanın ilk su altı muzeyi açılıb

0
0
fraqment.az|Avropanın ilk su altı muzeyi açılıb

<

blockquote>Avropanın ilk su altı muzeyi İspaniyada ziyarətçilərini gözləyir

fraqment.az xəbər verir ki, Avropanın ilk su altı heykəl muzeyi, rəsmi olaraq İspaniyanın Kanarya adalarında açılıb. Su altı muzey qorxulu filmlərin kadrlarını xatırladır.

İngilis heykəltəraş Jason DeCaires Taylorun müəllifi olduğu 300-dən çox insan heykəlin yer aldığı muzeyin tamamlanmasına təxminən 3 il vaxt sərf olunduğu bildirilib.

Bahia də Las Coloradas sahillərindəki muzey, heykəlləri görmək üçün dalğıc paltarlarıyla suya dalmaq məcburiyyətində olan ziyarətçilərini gözləyir.

Qeyd edək ki, muzey tək turizm mərkəzi kimi nəzərdə tutulmayıb, suda yaşayan canlıların heykəllərin üzərində həyat qura bilməsi üçün də şərait yaradılıb.

Aidə İsaq
fraqment.az

Bir cavab yazın