fraqment.az|Azərbaycanlı deputat Saakaşvilinin partiyasını tərk etmədi

0
0
fraqment.az|Azərbaycanlı deputat Saakaşvilinin partiyasını tərk etmədi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından kütləvi istefalar başlanıb. Hətta parlamentdə təmsil olunan deputatların bir qismi partiya sıralarını tərk edib.

fraqment.az  xəbər verir ki,Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov isə həmin partiyadan ayrılmadığını bildirib. Azər Süleymanov bu barədə özünün facebook hesabında yazıb.

“Bütün seçicilərimə çatdırmaq istəyirəm ki, başqa partiyaya keçməmişəm. Vahid Milli Hərəkat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm. Hər bir insanın seçiminə hörmətlə yanaşıram”-deyə o qeyd edib./Modern.az/

Bir cavab yazın