fraqment.az|Bütün yollar Ağ Evə doğru – İvanka da Vaşinqtona köçür

0
0
Bütün yollar Ağ Evə doğru - İvanka da Vaşinqtona köçür

ABŞ prezidenti Donald Trampın qızı İvanka ailəsi ilə Vaşinqona köçür.

fraqment.az  xəbər verir ki, bu barədə prezidentin 35 yaşlı qızı Feysbuk hesabında yazıb.

“Atam yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlayacaq. Və mənim vəzifəm onun yanında olmaqdır. Buna görə də mən Nyu-Yorku və ailə biznesimiz olan “The Trump Organization”ı tərk edirəm. Həmçinin İvanka Tramp adına moda brendinin idarə olunmasında üzərimdə olan bütün məsuliyyətdən imtina edirəm”, -deyə o bildirib.

İvankadan sonra həyat yoldaşı Cared Kuşner  də qayınatasının baş məsləhətçisi postunda fəaliyyət göstərmək üçün ABŞ-ın paytaxtına yola düşəcək./qafqaz.info

Bir cavab yazın