Çərşənbə , Yanvar 18 2017
Əsas / Xəbərlər / Kriminal / fraqment.az|Dərbənddə azərbaycanlı polis öldürüldü
Dərbənddə azərbaycanlı polis öldürüldü

fraqment.az|Dərbənddə azərbaycanlı polis öldürüldü

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.

fraqment.az xəbər verir ki, mərhumun qohumlarının verdikləri məlumata görə, 1979-cu il təvəllüdlü Məhəmməd Əlibəy oğlu Vəlibəyov əslən Azərbaycanın Xaçmaz rayonundandır.

Rusiyada ali təhsil aldıqdan sonra Dağıstanda polis orqanlarında işləyən M.Vəlibəyov Dərbənd şəhəri yaxınlığında bir qrup naməlum şəxs tərəfindən əvvəlcədən yaranmış mübahisənin həlli üçün görüşə dəvət edilib və orada tapançadan açılan atəş nəticəsində 5 güllə yarası alaraq yerindəcə keçinib.

M.Vəlibəyov ailəsi Xasavyurt rayonunda yaşadığı üçün orada da dəfn olunub.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və cinayəti törədənləri axtarır./metbuat.az

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|Bakıda “61” nömrəli avtobus qəza törətdi – 4 maşın əzildi

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib. fraqment.az xəbər verir ki, Xəqani …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…