Çərşənbə , Yanvar 18 2017
Əsas / Xəbərlər / Kriminal / fraqment.az|Dalaşdılar, arvadını bıçaqladı
Dalaşdılar, arvadını bıçaqladı

fraqment.az|Dalaşdılar, arvadını bıçaqladı

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

fraqment.az xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Fariz Əmirxan oğlu Xəlilov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Xəlilova Şəbnəm Təyyar qızına mətbəx bıçağı ilə bir neçə dəfə xəsarət yetirib.

Bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan Şəbnəm Xəlilova təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan 2 uşaq anası Şəbnəm Xəlilova hazırda koma vəziyyətindədir.

Şəbnəm Xəlilovanın hansı səbəbdən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır/APA

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|Şamaxıda sürüşmə: yol dağıldı, 400 evə ziyan dəydi – FOTO

Torpaq sürüşməsi Şamaxının Mədrəsə qəsəbəsində problemlər yaradıb. fraqment.az xəbər verir ki, son günlər qəsəbədə torpaq …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…