Çərşənbə , Yanvar 18 2017
Əsas / Dünya / fraqment.az|Donald Trump:”Gizli yazışmaları kuryerlə göndərin”
fraqment.az|Donald Trump:"Gizli yazışmaları kuryerlə göndərin"

fraqment.az|Donald Trump:”Gizli yazışmaları kuryerlə göndərin”

“Rəqəmsal təhlükəsizliyi unudun, gizli yazışmaları əllə yazın və kuryer ilə göndərin” bu fikirləri jurnalistlərlə görüşdə Donald Trump bildirib.

fraqment.az xəbər verir ki, Trump eyni zamanda hakerlərdən sirlərini gizlətmək üçün ən yaxşı yolun “böyük hava boşluğu” olduğunu qeyd edib. Floridadakı Mar-A-Lagoda toplanan jurnalistlərə “heç bir kompüter etibarlı deyil” mesajını verən Trump, bu mesajla əslində hər kəsin bildiyi bir gerçəyi təkrarlamış olur. Trump, şərhlərinin davamında məlumatların təhlükəsizliyi riskləri ilə bağlı tövsiyələrini də paylaşıb. “Associated Press”-ə bir hesabatına görə yeni ABŞ prezidenti, “TLS’yə keçməyi unudun. Həqiqətən əhəmiyyətli bir mesajınız varsa, əllə yazıb kuryer ilə təslim edin” deyib. Trampın təklifi, gizli danışıqların ətrafında böyük hava boşluqları yerləşdirərək uzaqdan haker hücumunun qarşısını almaqdır. Əgər hökumət həqiqətən də bu təklifi məlumatların ötürülməsi üçün tətbiq edərsə,hökumət rəsmilərinin mesajlarının kuryerlərlə göndərmək məcburiyyətrində qalacağı görsənir. Jurnalistlərin ünvanladığı suallara baxmayaraq Tramp, Rusiyanın seçki qərargahının “Twitter” hesabına haker hücumu iddiası haqqında şərh vermək istəmədi və “artıq irəliyə baxmaq lazımdır” deməklə kifayətləndi.

 

Nihad Əlizadə

fraqment.az

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|“Reina” qətliamçısının vətənindən açıqlama gəldi

İstanbuldakı “Reina” terror hücumunun şübhəlisi Abdülkadir Maşaripovun vətəni Özbəkistandan onun tutulması ilə əlaqədar açıqlama gəlib. …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…