Çərşənbə , Yanvar 18 2017
Əsas / Maraqlı / fraqment.az|Dünyanın ƏN LÜKS TƏYYARƏSİ: Baxın, gözünüz dincəlsin – FOTO
Dünyanın ƏN LÜKS TƏYYARƏSİ: Baxın, gözünüz dincəlsin - FOTO

fraqment.az|Dünyanın ƏN LÜKS TƏYYARƏSİ: Baxın, gözünüz dincəlsin – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin bir təyyarə şirkətinə məxsus “A380” tipli təyyarəsi dünyanın ən lüks təyyarəsi hesab edilir.

fraqment.az xəbər verir ki, şirkət bir müddət əvvəl “A380” tipli təyyarələrindən birini tamamilə yeniləyib və daha fərqli şəkildə dizayn edib.

“Ekonomi Class”, “Business”, “First class” və “Residence” kimi siniflərin olduğu “Airbus A380” təyyarəsi 2 mərtəbəlidir. Təyyarənin ən lüks hissəsi ikinci mərtəbədə yerləşir.

İki nəfərlik “Residence” pilləkənin sağ tərəfində yerləşir. 12 kvadrat metrlik ərazidə yerdə yeri və mini-kino funksiyasını da yerinə yetirən bir otaq, həmçinin bir yataq otağı və duş var. Bu sinifdə uçan sərnişinlərə “London Savoy Hotel”də xüsusi olaraq təhsil almış personal xidmət edir.

Bu sinif üzrə həyata keçirilən Əbu-Dabi – London reysinin qiyməti təxminən 21 min dollardır. Gediş haqqının bu qədər yüksək olmasına baxmayaraq, biletlər təxminən 1 il əvvəl qurtarır.

Yataq otağında iki nəfərlik yataq var.

“Residence” ilə müqayisədə bir az daha sadə olan “First Class” təxminən 5 kvadrat metr əraziyə malikdir. Əbu-Dabi – London reysini “First Class” ilə uçmaq istəyən sərnişin 8400-dən 9800 dollara qədər ödəməlidir. Bu sinifdən istifadə edən sərnişinlərin bir-birləri ilə ünsiyyət qura bilməsi üçün sürüşdürülə bilən divarlar tikilib.

Hər bir sərnişinin özünə aid yeri olan “Business Class”da kreslolar bir düymənin köməyilə yatağa çevrilə bilər. Hər bir sərnişin ödənişsiz corab, qulaqlıq, diş pastası, daraq və yüksək keyfiyyətli səyahət vəsaitləri alır.

Təyyarənin ikinci mərtəbəsinin quyruq hissəsində “Business Class” sərnişinləri üçün kiçik bir bar var.

Təyyarənin birinci mərtəbəsində “Ekonom Class” yerləşir. Bu sinifdən istifadə edən sərnişinlər rahat uçmaq üçün yastıq və döşəkdən istifadə edir.

Pilot kabinəsinin arxasında təyyarə ekipajının istirahət etməsi üçün otaq da nəzərdə tutulub./publika.az

 

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|Azərbaycanlı prodüserə Avropa Qəzetçilər Dərnəyində vəzifə verildi — FOTOLAR

Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan nümayəndəliyi olaraq fəaliyyətimizdə yeniliklər etməyə hazırlaşırıq. Dərnəyin başqanı Adnan Fişəngin təşəbbüsü …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…