Çərşənbə , Yanvar 18 2017
Əsas / Xəbərlər / fraqment.az|Ev almaq üçün qonşunun qoyunlarını oğurladı
Ev almaq üçün qonşunun qoyunlarını oğurladı

fraqment.az|Ev almaq üçün qonşunun qoyunlarını oğurladı

Şəmkirin Dağ-Cəyir kənd sakini ev almaq üçün dostu ilə birlikdə qonşusunun qoyunlarına qənim kəsilib.

fraqment.az  xəbər verir ki, onlar oğurladıqları qoyunları satıb pul əldə etsələr də, ev ala bilməyiblər. Şəmkir polisi dostların arzusunu ürəyində qoyub.

Şəmkir sakini 29 yaşlı Vüqar Lələyev və dostu, Gədəbəy sakini 21 yaşlı Elvin Məmmədovla Dağ Cəyir kəndində Vəkil Allahverənova məxsus tövlədən 15 baş xırda buynuzlu davarı gizli yolla ələ keçiriblər. Dostlar tövlədə itin olacağından ehtiyatlanaraq xüsusi ustalıq nümayiş etdiriblər.

Zərərçəkən isə hadisədən gecə saatlarında xəbər tutub. Tövləyə baxış keçirməyə gedən Vəkil Allahverənov oranı boş görəndə gözlərinə inanmayıb. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlib.

Vəkil Allahverənov qeyd edib ki, tövləyə baxanda görüb ki, qoyunlar yoxdur: “15 baş heyvanımı aparıblar. Dərhal polislərə zəng vurdum”.

Uzun müddətdir çoban işləyən dostlar istəklərinin reallaşmamasına üzgün görünürlər. Saxlanılan Vüqar Lələyev də həmkəndlisinin qoyunlarına qənim kəsildiyini etiraf edib. Niyyəti qoyunları satıb ev almaq olub.

Hazırda Şəmkir rayon polis şöbəsinin əməkdaşları çobanların başqa kimlərin mal-qarasına göz dikdiyini araşdırır. Fakta görə artıq istintaq bölməsində cinayət işinə başlanılıb./qafqaz.info

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|Kılıçdaroğlu-Baxçalı zirvəsi başa çatdı – FOTOLAR

Türkiyə Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi üzrə müzakirələrin ikinci mərhələsi öncəsi Milliyyətçi Hərəkat Partiyası (MHP) …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…