Çərşənbə , Yanvar 18 2017
Əsas / Dünya / fraqment.az|Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz ixrac olunarsa…”
Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz ixrac olunarsa..."

fraqment.az|Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz ixrac olunarsa…”

“Qazprom” şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil.

fraqment.az  xəbər verir ki, bunu qazın tranzitinə dair yeni şərtlər barədə açıqlama verən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria bildirib.
“Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı əvvəlki tariflə ödəniləcək. Bundan əlavə, yeni müqavilənin şərtlərinə əsasən, Gürcüstan Rusiya qazını bazardakından, daha aşağı qiymətə, yəni min kubmetr qazı 215 dollara yox, 185 dollara ala biləcək. Bu, Gürcüstanın əsas təbii qaz təchizatçısı olan Azərbaycanın təklif etdiyi qiymətlə bərabərdir”, – deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, Gürcüstan Rusiya ilə müqavilə imzalayarkən  üzərinə Rusiyadan qazın alınmasına dair heç bir öhdəlik götürməyib: “Strateji tərəfdaşımızdan bizə kifayət qədər qaz ixrac olunarsa, bizim  əlavə qaza ehtiyacımız qalmaz, biz bu qazı almayacağıq və bu mövzu bağlıdır”, – deyə nazir bildirib.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən Rusiya qazını almır. Ölkəyə əsas xammal təchizatçısı Azərbaycandır. Azərbaycan Gürcüstana lazım olan təbii qazın 90% həcmini təmin edir./APA

Haqqında Nuriyyə Qasımova

Həmçinin Oxu

fraqment.az|“Reina” qətliamçısının vətənindən açıqlama gəldi

İstanbuldakı “Reina” terror hücumunun şübhəlisi Abdülkadir Maşaripovun vətəni Özbəkistandan onun tutulması ilə əlaqədar açıqlama gəlib. …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…