fraqment.az|Təcrübə siçovulu “zombiyə” çevirdi

0
0
fraqment.az|Təcrübə siçovulu "zombiyə" çevirdi

ABŞ-ın Yale Universitetində alimlər beynin zombi nöqtəsini müəyyənləşdirib

fraqment.az xəbər verir ki, ABŞ alimləri siçovul beynini lazerlə şüalandırmaqla bu nəticəyə gəliblər.
İvan də Araujonun rəhbərlik etdiyi qrup tərəfindən aparılan təcrübədə lazer şüası, siçovul beynində duyğuları və davranışları idarə edən “amigdal” bölgəsindəki 2 neyrona yönəldilib.

Həmin bu iki neyron eyni zamanda insan beynində qəzəb və hücum davranışlarını idarə edir.
Lazer işə düşdükdə siçovulun ətrafdakı hər şeyə hücum etməsi və dişləməyə başlaması müşahidə olunub.

Lazer dayandırıldıqda isə siçovul əvvəlki normal halına qayıdıb.

Təcrübə əsnasında çoxlarının təhlükəsiz hesab etdiyi balaca heyvanın hərəkətlərinin eyniylə zombilərin davranışlarını xatırlatdığı vurğulanıb.

Aidə İsaq
fraqment.az

Bir cavab yazın