fraqment.az|”Təşəkkür edirik”

0
0
fraqment.az|"Təşəkkür edirik"

11 Yanvar- Beynəlxalq Təşəkkür günüdür

fraqment.az xəbər verir ki, Beynəlxalq Təşəkkür günü 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilsə də, bu bayramın dəqiq mənşəyi məlum deyil. Belə hesab edirlər ki, məşhur şirkətlər satış meyarını artırmaq üçün öz müştərilərinə təbrik kartları paylayırdılar. Bununla da öz təşəkkürlərini bildirirdilər. Hər ilin bu günü qeyd olunan bu bayram ilin ən səmimi günü hesab olunur.

Psixoloqlar hesab edirlər ki, insanların bir-birinə təşəkkür etməsi “şifahi sığallama” sayıla bilər. Bu zaman qarşı tərəfin məmnunluq hiss etdiyi, onun əsəblərinin sakitləşdiyi sübuta yetirilib. Vacib olanı təşəkkürün ürəkdən edilməsidir. Bəzən cəmi bir işarə ilə də, öz təşəkkürümüzü bildirə bilərik. Bunun üçün qarşınızdakı insana gülümsəməyiniz yetərlidir.

fraqment.az əməkdaşları bütün oxucularına öz təşəkkürünü bildirir.

Aidə İsaq

Bir cavab yazın